Xalq yazıçısı, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Qarabağ” futbol klubunun qalib gəlməsi haqda təəssüratlarını bölüşüb.

Xalq yazıçısı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Qarabağ” futbol klubunun Tofiq Bəhramov adına Respublika stadionunda "Lex" üzərində 5:1 hesabla qalib gəlməsinə çox sevindim. Klubun rəhbərliyini və üzvlərini təbrik edirəm”.

Qeyd edək ki, ötən gün "Qarabağ"ın Polşanın "Lex" klubu ilə oyunu baş tutub.