"Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminov qız atası olub.

Teleqraf.com xəbər verir ki, repçinin pianoçu həyat yoldaşı Leyla Namazzadə bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.

O, "12.07.2022" tarixini qeyd edərək təbrik edənlərə təşəkkür edib.

Qeyd edək ki, Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Repçinin ilk nikahından iki oğlu var.