Bakıda konserti planlaşdırılan, lakin sonradan təxirə salınan bolqarıstanlı biseksual müğənni Azis yenidən soyunub.

Teleqraf.com xəbər verir ki, qalmaqallı müğənni Facebook-dakı rəsmi səhifəsində növbəti klipinin məkilişlərindən olan şəkillərini paylaşıb. Şəkillərdə o, soyunmaqla yanaşı, yataqda da olub.

Xatırladaq ki, bir il öncə yerli mətbuatda Azisin Bakıda konsert olacağı ilə bağlı xəbərlər yer almışdı. Hətta müğənniyə Bakı konserti üçün 1 milyon təklif olunmuşdu.

Bunun ardınca isə Azis özünün Facebook profilində status yazaraq konserti təkzib etmişdi:

“Mən Azərbaycanda, Bakıda konsert verməyəcəyəm. Bəsdirin, insanları aldatmayın. Mən heç kimlə konsert vermək barədə də razılığa gəlməmişəm”.

Qeyd edək ki, Azis qaraçı əsilli bolqar müğənnisidir. Əsl adı Vasil Troyanov Boyanov olan ifaçı pop-folk janrında oxuyur. Musiqi karyerasına 1999-cu ildən başlayıb. “Mraziş” qaraçı mahnıları ilə yanaşı, “çanqa” üslubunda mahnıların ifaçısı kimi Bolqarıstanla yanaşı, Rumıniya, Xorvatiya, Çernoqoriyada da məşhurdur.

Onu da deyək ki, Azis biseksualdır, bunu da gizlətmir.

Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Azisin 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.

Aysel Şirinzadə