TBİLİSİ, 22 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstandan ümumi dəyəri 50,7 milyon ABŞ dolları olan 1 957 ədəd minik avtomobili idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.

İllik müqayisədə avtomobillərin sayı 644 ədəd və yaxud 24,7% azalıb.

Yanvar-martda qonşu ölkədən Azərbaycana ən çox avtomobil (691 ədəd) mart ayında ixrac edilib.

Hesabat dövründə Gürcüstandan ümumi dəyəri 501 milyon ABŞ dolları olan 20 249 ədəd avtomobil ixraca yönəldilib ki, bunun da 9,66%-i Azərbaycanın payına düşüb.