BAKI, 29 oktyabr. TELEQRAF

Valyuta ehtiyatları 89,4 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən valyuta ehtiyarları 4,3 milyard dollar artıb:

"Bu kifayət qədər böyük yastıq deməkdir. Tədiyyə balansının statistikasına əsasən 40 aylıq mal və xidmətlərin idxalının ödənilməsinə kifayət edir".

T.Kazımov onu da qeyd edib ki, valyuta ehtiyatları geniş pul kütləsini 3,4 dəfə üstələyir.