BAKI, 16 oktyabr. TELEQRAF

“Tramp marşrutu”nun tikintisi ilə əlaqədar delimitasiya və demarkasiya prosesi Ermənistan-Azərbaycan sərhədlərinin cənub hissəsində davam etdirilə bilər”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Delimitasiyanın əvvəlcə şimaldan cənuba doğru aparılmasının qərara alındığı barədə suala cavab verən nazir qeyd edib ki, bu prinsip pozulmur, amma bəzi sahələrdə işləri sürətləndirmək və müəyyən mərhələləri növbədən əvvəl həyata keçirmək zərurəti yarana bilər:

“Məsələn, infrastruktur xətləri çəkilməlidir. Tikinti zamanı sonradan problemlər yaranmaması üçün həmin ərazilərdə (“Tramp marşrutu”nun keçəcəyi hissədə - red.) sərhədin ayrıca müəyyənləşdirilməsinə ehtiyac yarana bilər. Bu barədə razılaşma əldə olunub, sənəddə əksini tapıb və Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib”.