BAKI, 13 oktyabr. TELEQRAF

2026-cı ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 7,79% artaraq 474 milyon 478,61 min manatdan 511 milyon 414,97 min manata çatıb.

Teleqraf xəbər verir ki, ümumi portfelin böyüməsinə baxmayaraq bankda fiziki şəxslərin tələbli depozitləri 84,3% və ya 6,4 dəfə azalaraq 106 milyon 456,09 min manatdan 16 milyon 681,46 min manata enib. Hüquqi şəxslərin tələbli depozitləri isə 30,2% azalaraq 88 milyon 60,04 min manatdan 61 milyon 482,54 min manata enib.

Bankda fiziki şəxslərin müddətli depozitləri 40,4% artaraq 285 milyon 689,34 min manata, hüquqi şəxslərin müddətli depozitləri isə 92,9% artaraq 147 milyon 561,63 min manata çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz xərcləri 38,4%, faiz gəlirləri isə 23,3% artıb. Beləliklə, faiz xərclərinin artım tempi faiz gəlirlərinin artım tempini üstələyib.

Bankın hesabların aparılması üzrə komissiya gəlirləri 21,3% azalaraq 2 milyon 474,94 min manatdan 1 milyon 947,47 min manata enib.

Hesabat dövründə bankın qeyr-faiz xərcləri 12,5% artaraq 19 milyon 50,72 min manatdan 21 milyon 433,97 min manata yüksəlib.

Bütün bunların fonunda 2026-cı ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 5 milyon 154,79 min manatdan 5 milyon 427,02 min manata çatıb. Bank mənfəətindən 1 milyon 456,99 min manat vergi ödəyib.