BAKI, 13 oktyabr. TELEQRAF

Fransa millisinin sabiq futbolçusu Pol Poqba karyerasını ABŞ-də davam etdirə bilər.

Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yayda “Monako”dan ayrıldıqdan sonra özünə yeni komanda axtarır.

Poqbanın ətrafı onun xidmətlərini MLS-in “DC Yunayted”, “İnter Mayami” və “Nyu-York Siti” klublarına təklif edib. Həmin komandalar hazırda fransalı futbolçunun transfer imkanlarını dəyərləndirirlər.

Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Poqba ötən mövsüm “Monako”nun heyətində cəmi 6 rəsmi oyunda meydana çıxıb.