BAKI, 26 sentyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı vəzifəsinə qayıda biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, o, bunu “Lumière" Sammiti konfransında jurnalistlərə açıqlamasında deyib.
“Konstitusiyamıza əsasən, iki ardıcıl müddətə seçilmək hüququnuz var. Buna görə də mənim səlahiyyət müddətim gələn ilin mayında başa çatacaq və Fransa xalqı başqa bir şəxsi seçəcək. Lakin mən heç nəyi istisna etmirəm. Qayıdış olduqca qeyri-adi hadisədir, amma baxarıq. Həyat yaradıcılıqla doludur, bəzən hətta kinodan da çox”, - siyasətçi bildirib.