BAKI, 25 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı İrakli Kobaxidzeni doğum günü münasibətilə təbrik edib.
Özbəkistan Prezidentinin iyulun 2-3-də Gürcüstana dövlət səfərinin nəticələri üzrə əldə edilmiş razılaşmaların icrası çərçivəsində Özbəkistan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.