BAKI, 24 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb.
Teleqraf xəbər verir ki, yürüşün qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub.
İkinci yeri Rassellin komanda yoldaşı Kimi Antonelli, üçüncü yeri isə “Red Bull Racing”in pilotu Maks Ferstappen (+0.8 saniyə) tutub.
İlk sərbəst yürüşdə də “Mercedes”in britaniyalı pilotu Corc Rassell birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
***
16:31
Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə qırmızı bayraq aradan qaldırılıb.
Teleqraf xəbər verir ki, “Racing Bulls” komandasının pilotu Arvid Lindbladın qəzasından sonra dayandırılan sessiya yenidən bərpa olunub.
Hazırda pilotlar Bakı Şəhər Halqasında mübarizəni davam etdirirlər.
***
16:28
Formula 1 üzrə Azərbaycan Qran-prisində ciddi qəza baş verib.
Teleqraf xəbər verir ki, hadisə ikinci sərbəst yürüş zamanı qeydə alınıb.
“Racing Bulls” komandasının pilotu Arvid Lindblad qəza törədib. Onun idarə etdiyi bolid baryerə çırpılıb.
Nəticədə trasda qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti olaraq dayandırılıb.
***
16:00
Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü start götürüb.
Teleqraf xəbər verir ki, yürüş saat 16:00-da başlayıb.
Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrələr vuracaqlar.
Qeyd edək ki, Bakıda keçirilən Qran-pri sentyabrın 26-da başa çatacaq.