BAKI, 24 sentyabr. TELEQRAF
"Strategiyanın qəbul olunduğu 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
Onun sözlərinə görə, qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır:
"Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunub. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2% artım, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1%, neft-qaz ÜDM-də isə 0,8% azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb".