BAKI, 24 sentyabr. TELEQRAF

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayında ciddi struktur dəyişiklikləri olacaq.

Məlumatlı mənbənin Teleqraf-a verdiyi məlumata görə, YAP Mərkəzi Aparatının rəhbəri vəzifəsinə yeni təyinat olacaq.

Bundan başqa, İdarə Heyəti, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatın tərkibində də yenilənmələr olacağı gözlənilir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının qururultayı bu il oktyabrın 2-nə təyin olunub. Partiyanın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib.

Nizamnaməyə görə, qurultay beş ildə bir dəfədən az olmayaraq çağırılır.