BAKI, 24 sentyabr. TELEQRAF

"2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olub".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır.