BAKI, 24 sentyabr. TELEQRAF

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin iclasda bildirib.

O, qeyd edib ki, dövlət büdcəsi kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 2,2%-dir (-3.166 mlrd. manat).

"Makroiqtisadi proqnozlara əsasən 2027-ci ildə ÜDM-ün 2,7% (141.0 mlrd.manat), qeyri-neft sektoru üzrə 4,4%-lik real artım tempi proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payının cari ilin sonuna gözlənilən 72,5%-dən 2030-cu ilin sonuna 82%-ə yüksələcəyi hədəflənir".