BAKI, 24 sentyabr. TELEQRAF
David Alaba İtaliyanın “Udineze” klubuna keçib.
Teleqraf xəbər verir ki, 34 yaşlı avstriyalı müdafiəçi yeni klubu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb.
“Karyeramda çox şeyə nail oldum, amma bir şey dəyişməyib: yenidən qalib gəlmək istəyirəm. Hələ də iddialıyam və A Seriyasında ən yüksək səviyyədə oynamaq istəyirəm”, - deyə Alaba bildirib.
Alaba daha əvvəl İspaniyanın “Real Madrid” və Almaniyanın “Bavariya” klublarında çıxış edib.
“Udineze” A Seriyasının cari mövsümündə 5 turdan sonra 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.