BAKI, 24 sentyabr. TELEQRAF

Türkmənistan İran təyyarələri üçün hava məkanını bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qərarın ABŞ-nin İrana qarşı “iqtisadi boykot” kampaniyası çərçivəsində verildiyi bildirilib.

ABŞ-nin maliyyə naziri Skott Bessent sentyabrın 21-də bütün ölkələrdə İranın aviaşirkətlərinin fəaliyyətini dayandıracağını açıqlamışdı.