BAKI, 15 sentyabr. TELEQRAF

Qırğızısan Prezidenti Sadır Japarov Cənubi Koreyada rəsmi səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısının Cənubi Koreya rəhbərliyi ilə ikitərəfli görüşləri planlaşdırılıb. Həmçinin Prezident Sadır Japarov I “Mərkəzi Asiya - Koreya Respublikası” Sammitində iştirak edəcək.