BAKI, 17 avqust. TELEQRAF

“ABŞ ilə diplomatik danışıqlar uğursuz olacağı təqdirdə, İranın bütün dövlət qurumları Hörmüz boğazında və regionda gərginliyi artırmağa hazır olacaqlar”.

Teleqraf xəbər verir ki, bunu adı açıqlanmayan İran rəsmisi “Reuters” agentliyinə deyib.

Rəsminin sözlərinə görə, Tehran Vaşinqtonun İslamabad anlaşması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməsi üçün bir neçə həftəlik müddət müəyyən edib.

O əlavə edib ki, İran tərəfindən müəyyənləşdirilən bu müddət barədə məlumatı vasitəçilər ABŞ-yə və region ölkələrinə çatdıracaq.

“ABŞ-yə təzyiq göstərməklə və ya davamlı sülhə nail olmaq üçün vasitəçilərə güvənməklə nəticə əldə etmək real deyil. Tehran ABŞ-nin dəniz blokadasının davam etməsini sonsuzadək gözləməyəcək”, - mənbə vurğulayıb.