BAKI, 17 avqust. TELEQRAF
Bu gün Naxçıvanın bəzi yerlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək isə Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.