BAKI, 17 avqust. TELEQRAF

Ermənistan müdafiə nazirinin müşavirləri Melikset Poqosyan, Razmik Petrosyan və Kamo Vardanyan vəzifələrindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan məlumat verib.

Qeyd edək ki, vəzifəsindən azad olunan general-mayor Kamo Vardanyan Suren Papikyanın müşaviri təyin olunmazdan əvvəl ləğv edilmiş separatçı rejimin “müdafiə naziri və ordu komandanı “olub. Vardanyan bu vəzifəyə 2021-ci il sentyabrın 11-də təyin edilib və separatçı rejimin “sonuncu komandan”ı olub.