BAKI, 17 avqust. TELEQRAF

Fransalı yarımmüdafiəçi Yussuf Fofana “Milan”dan ayrılaraq “Yuventus”a keçə bilər.

Teleqraf xarici KİV-ə xəbər verir ki, “Milan” rəhbərliyi futbolçunun Turin klubuna transferi variantını nəzərdən keçirir.

Daha əvvəl Fofananın İngiltərə klublarından aldığı çoxsaylı təkliflər səbəbindən Premyer Liqaya yollana biləcəyi bildirilirdi. “Milan”ın 26 yaşlı futbolçu üçün 17-18 milyon avro tələb etdiyi qeyd olunur.

Qeyd edək ki, İtaliya A Seriyasının yeni mövsümü avqustun sonunda başlayacaq. İlk turda “Milan” səfərdə “Torino” ilə qarşılaşacaq.