BAKI, 17 avqust. TELEQRAF
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaya əsasən gerçəkləşdirilib.
Proqram Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) tərəfindən birgə tərtib olunub.
Cari ilin 17-24 avqust tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3