ŞƏMKİR, 17 avqust. TELEQRAF
Şəmkir rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
18:11
Şəmkirdə ağır yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosunun verdiyi ilkin məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində - Əliyaqublu kəndində qeydə alınıb.
“VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 4 nəfər ölüb.