BAKI, 17 avqust. TELEQRAF
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən həyata keçirilir.
Cari ilin 17-24 avqust tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri link vasitəsilə qeydiyyatdan keçə bilərlər: