BAKI, 17 avqust. TELEQRAF
Qırğızıstanda Rusiya ilə birgə keçirilən “Mərkəz-2026” taktiki təlimlər başa çatıb.
Teleqraf xəbər verir ki, təlimlər 11-17 avqust tarixlərində “Edelveys” təlim poliqonunda keçirilib, iki ölkədən təxminən 500 hərbçi iştirak edib.
Manevrlərə Qırğızıstan və Rusiyadan 100-ə qədər silah və hərbi texnika, döyüş dronları və hərbi aviasiya vasitələri cəlb olunub.
Aktiv mərhələdə bölmələr praktiki döyüş təlimi tapşırıqlarını yerinə yetirib, bölmələrin qarşılıqlı fəaliyyətini və komandanlığını, eləcə də müxtəlif şəraitdə silah və hərbi texnikanın istifadəsini məşq ediblər.