BAKI, 17 avqust. TELEQRAF

“İran İslam İnqilabı Keşikçiləri (SEPAH) ilə ABŞ arasında heç bir danışıqlar aparılmır. ABŞ Prezidenti Donald Trampın bu yalanı ancaq müharibədəki məğlubiyyət və çıxılmazlıqdan doğan xəyallarının, illüziyalarının və kabuslarının nəticəsidir”.

Teleqraf xəbər verir ki, bunu SEPAH-ın sözçüsü Hüseyn Möhibi ABŞ Prezidentinin İnqilab Keşikçiləri Korpusu ilə Vaşinqton arasında gizli kanallar vasitəsilə əlaqələrin olduğu barədə açıqlamasını şərh edərkən deyib.

“Tramp bu açıqlamaları ilə dünyada neft və enerji qiymətlərini müvəqqəti olaraq nəzarətdə saxlamağa çalışır. Amma onun qarşısında yalnız bir real yol var: məğlubiyyəti qəbul etmək və İran İslam Respublikasının müəyyən etdiyi şərtləri yerinə yetirmək. Buna görə də amerikalılar uğursuzluqlarını nə qədər tez və sürətlə qəbul edib buna uyğun qərarlar versələr, öz ölkələrini daha böyük və daha ağır itkilərdən xilas etmiş olarlar”, - Möhibi qeyd edib.