BAKI, 12 avqust. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı ildə dünyada neft tələbinin sutkada 1,6 milyon barel azalacağını proqnozlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Agentliyin aylıq hesabatında qeyd edilib.

Agentliyin hesabatına görə, buna səbəb Hörmüz boğazının bağlı qalması və yüksək neft qiymətlərinin istehlakı məhdudlaşdırmasıdır.

Agentlik iyul proqnozu ilə müqayisədə neft tələbi bağlı gözləntisini 510 min barel/gün azaldıb. BEA iyulda tələbin 1,047 milyon barel/gün azalacağını proqnozlaşdırmışdı.

Bununla belə, Agentlik vəziyyətin ən pis mərhələsinin artıq geridə qaldığını hesab edir. Belə ki, may ayında tələbin 5,8 milyon barel/gün azalması bu geriləmənin ən aşağı həddi olub. İyunda vəziyyət yaxşılaşıb və tələbin azalması 4,8 milyon barel/gün təşkil edib.

“Vəziyyətin daha da normallaşacağı təqdirdə, noyabr ayına qədər qlobal tələbin yenidən artmağa başlayacağı gözlənilir”, - dey Agentlikdən bildirilib.

Qeyd edək ki, Agentlik 2027-ci ildə dünya üzrə neft tələbinin 105,7 milyon barel/gün səviyyəsində olacağını proqnozlaşdırır.