BAKI, 12 avqust. TELEQRAF
Çinin keçmiş baş naziri Çju Junszi xəstəlikdən sonra Pekində 98 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Keçmiş hökumət başçısının hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.
Çju Junszi 1998-2003-cü illərdə Çinin Dövlət Şurasına rəhbərlik edib. Bundan əvvəl o, baş nazir müavini, Çin Xalq Bankının rəhbəri, Şanxay şəhərinin meri və Çin Kommunist Partiyasının Şanxay şəhər komitəsinin katibi vəzifələrində çalışıb. Onun ölkə rəhbərliyində olduğu dövrdə Çin genişmiqyaslı vergi, maliyyə və iqtisadi islahatlar həyata keçirib və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqları başa çatdırıb.