BAKI, 12 avqust. TELEQRAF
Qırğızıstanda Rixter şkalası üzrə 5 və 5,5 bal gücündə iki zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin episentri paytaxt Bişkekdən 124 km cənub-şərqdə və Narın şəhərindən 73 km şimal-qərbdə yerləşib.