BAKI, 12 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiya istiqamətində 1000-dən çox dron buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri 1061 qanadlı dron, 5 uzunmənzilli “Neptun” raketi və 5 digər vasitələri məhv edib.

Rusiya Müdafiə Nazirliyi başqa heç bir təfərrüat açıqlamayıb.