BAKI, 6 avqust. TELEQRAF

2025-ci ildə Azərbaycanda əhalinin orta aylıq adambaşına istehlak xərcləri 384,4 manat təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 20,9 manat və ya 5,7% artıb.

Ölkə üzrə əhalinin istehlak xərclərinin böyük hissəsi qida məhsullarının alınmasına çəkilib. Ümumi istehlak xərclərinin 42,3%-i qida məhsullarının payına düşüb.

Bundan əlavə, istehlak xərclərinin 41,9%-i xidmətlərə, 13,2%-i qeyri-qida məhsullarına, 2%-i tütün məmulatlarına, 0,6%-i isə alkoqollu içkilərə yönəldilib.