TƏRTƏR, 6 avqust. TELEQRAF
Tərtərdə baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər şəhərində baş verib.
Yanğın zamanı evdə olan ər-arvad Səmədov Əsgər Vəli oğlu və Hüseynova Adilə Soltan qızı yanaraq ölüb.
Faktla bağlı araşdırma başlanıb.