BAKI, 6 avqust. TELEQRAF

2026-cı ilin birinci yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 1 milyard 394 milyon dollar əməliyyat xərcləri və təxminən 712 milyon dollar əsaslı xərclər çəkilib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatında qeyd edilib.

Məlumata görə, cari ilin ilk altı ayında "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.