BAKI, 6 avqust. TELEQRAF

Aİ ölkələrinin yeraltı qaz anbarlarına vurulan xalis qaz avqustun əvvəlində son üç ilin ən aşağı səviyyəsində olub.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd edilib.

Məlumata görə, aprelin əvvəlindən bəri Avropa qarşıdan gələn qış mövsümü üçün tələb olunan həcmin cəmi 48%-ni yeraltı anbarlara vurmağa nail olub.

Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 57,87% təşkil edir. Bu göstərici 2011-ci ildən aparılan müşahidələr tarixində həmin tarix üçün ən aşağı səviyyə hesab olunur.