2026-cı ilin iyun ayının sonuna ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun aktivləri illik müqayisədə 4 milyard 206,3 milyon manat və ya 7,4% artıb.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manata çatıb. Beləliklə, bank sektorunun öhdəlikləri 3 milyard 506,6 milyon manat və ya 7% artıb.

Bankların kredit portfeli əvvəlki ayla müqayisədə 935,5 milyon manat və ya 3% artaraq 31 milyard 821,3 milyon manata yüksəlib. Depozit portfeli isə 39 milyard 743,7 milyon manat təşkil edib. Depozit portfelinin 22 milyard 315,2 milyon manatı (56,1%) hüquqi şəxslərin, 17 milyard 428,5 milyon manatı (43,9%) isə fiziki şəxslərin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) payına düşüb.