BAKI, 29 iyul. TELEQRAF

Azərbaycan vətəndaşlığından çıxanların sayı barmaqla sayılacaq qədər azdır.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

O bildirib ki, bu hal da bəzi dövlətlərin vətəndaşlığa qəbul etmək üçün çıxma tələb etməsi səbəbindən olur.

"Vətəndaşlıqdan çıxan şəxslərin sonradan bunu bərpa etmə hüquq var. Biz artıq bərpaya çoxsaylı müraciət də görürük".

Vüsal Hüseynov ölkədəki ümumi təhlükəsizlik mühitinə də toxunaraq qeyd edib ki, Azərbaycanda adambaşına düşən əcnəbilərə yönəlik cinayətlərin sayısı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır.

"Azərbaycanda əcnəbilər tamamilə rahat şəkildə yaşaya bilirlər".