BAKI, 29 iyul. TELEQRAF

Əcnəbilərə verilən vəsiqələrin tam elektronlaşdırılması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

O bildirib ki, fiziki vəsiqəinin ləğvi istiqamətində işlər aparılır.

"Əgər şəxs özü istəsə, elektron vəsiqəni çap edib üzərində daşıya bilər",- o vurğulayıb.

Vüsal Hüseynov həmçinin qeyd edib ki, hazırda Azərbaycanda süni intellektin daha geniş tətbiqi istiqamətində mühüm addımlar atılır:

"Süni intellektin risklərin qiymətləndirilməsi, planlaşdırma və digər analitik istiqamətlərdə tətbiqi də nəzərdə tutulur. Həmin həllərin geniş istifadəsi üçün müəyyən texniki tələblərin yerinə yetirilməsi vacibdir".