BAKI, 29 iyul. TELEQRAF

Ukraynanın işğal edilmiş Kerç şəhərində dron hücumu nəticəsində dəniz limanının anbarında və mülki aviasiya aerodromunda yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Krımski Veter” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Kerç dəniz limanının anbarı, eləcə də ona bitişik yanacaq-sürtkü materialları bazası və 110/6 kV-luq “Şklo” elektrik yarımstansiyasında yanğın baş verib.

Həmçinin Rusiya hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi mülki aviasiya aerodromunun ərazisində də yanğının baş verdiyini bildirilib.