Əcnəbilərin Azərbaycanda 15 günlük qeydiyyatsız qalma müddətinin uzadılması ilə bağlı məsələ hazırda gündəmdə yoxdur.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

O bildirib ki, bu müddətin dəyişməsi üçün qanun dəyişməlidir.

"Yalnız Qazaxıstanla saziş əsasında qarşılıqlı şəkildə 30 gün qalma müddəti müəyyənləşib", - o vurğulayıb.