BAKI, 29 iyul. TELEQRAF

Rusiyanın Ryazan vilayətində bir sıra sənaye obyektləri, o cümlədən neft emalı zavodu və “Wildberries” şirkətinin logistik mərkəzi Ukraynanın dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Hücum nəticəsində “Wildberries”in Ryazan rayonunun Tyuşevo kəndi yaxınlığındakı “Ryazanski” sənaye parkında yerləşən çeşidləmə mərkəzində yanğın baş verib.

Həmçinin Ryazan neft emalı zavodu da hücuma məruz qalıb.

Ryazan qubernatoru Pavel Malkov Ukraynanın hücumu nəticəsində sənaye ərazilərində yanğın baş verdiyini və altı nəfərin xəsarət aldığını bildirib.