BAKI, 29 iyul. TELEQRAF
2026-cı ilin ilk 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9.757 qərar qəbul edilib.
Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.
O bildirib ki, 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb
"Cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib", - o vurğulayıb.
Xidmət rəisi əcnəbilərin deportasiya edilməsinin ən çox rastlanılan səbəblərini də açıqlayıb. Qeyd olunub ki, qanunsuz əmək fəaliyyəti və ölkədə müddətdən artıq vizasız və ya icazəsiz yaşamaq əsas amillərdəndir: "Bəzən əcnəbi şəxslər qanunsuz olsa belə, ölkədə nə qədər uzun müddət yaşasalar, bunun daha yaxşı olacağını düşünürlər. Bəzən onlar məhz bu şəkildə yönləndirilirlər. Amma bu yanaşma tamamilə yanlışdır", - deyə Vüsal Hüseynov vurğulayıb.