BAKI, 29 iyul. TELEQRAF
ABŞ-nin icazəsi ilə Ukrayna üçün nəzərdə tutulan "Patriot" raketləri təhlükəsizlik səbəbindən Polşada istehsal edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
Nazir bildirib ki, müharibə gedən ölkədə belə zavodu qurmaq təhlükəlidir:
"Ən yaxşı variant bu zavodun Polşa ərazisində fəaliyyət göstərməsidir. Polşa bu işi Ukrayna ilə birlikdə görməlidir".