BAKI, 29 iyul. TELEQRAF

Yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı ümumilikdə 38.884 müraciət qəbul edilib.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

O bildirib ki, müvəqqəti yaşama icazəsi 36.213, daimi yaşama icazəsi isə 2.671 olub.