BAKI, 29 iyul. TELEQRAF
Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda yerləşən və dünyanın ən böyük türk-islam qəbiristanlıqlarından biri hesab olunan Səlcuq Meydan Qəbiristanlığında aparılan arxeoloji qazıntılar zamanı 16 yeni məzar üzə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayılıb.
Tarixi məkanda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi və dəstəyi ilə həyata keçirilən qazıntı, bərpa və ətraf mühitin abadlaşdırılması işləri davam edir.
Tədqiqata müxtəlif sahələr üzrə ixtisaslaşmış alimlər cəlb olunub.
“Gələcəyə İrs Layihəsi” çərçivəsində bu il aparılan qazıntıların növbəti mərhələsində 400 kvadratmetrlik ərazidə 16 yeni məzar aşkar edilib.