BAKI, 28 iyul. TELEQRAF
Azərbaycan "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulur.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanunu təsdiq edib.
Qanunla Azərbaycan 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulur.