BAKI, 23 iyul. TELEQRAF
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.