BAKI, 22 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyon 561.40 min ABŞ dollar dəyərində dənli bitkilər ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 57.6% çoxdur.
Hesabat dövründə ölkəyə 173 milyon 950.99 min manatlıq dənli bitki növləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.5% azalma deməkdir.
Qeyd edək ki, cari ildə dənli bitkilərin idxalı ümumi idxalın 2.09%-ni təşkil edib.