BAKI, 23 iyul. TELEQRAF

"Şəfa" daha bir futbolçunu heyətinə qatıb.

Teleqraf klubun mıtbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib.

O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.