BAKI, 23 iyul. TELEQRAF
Peşə təhsilində ixtisasların sayının azaldılması müəllimlərin işinə təsir etməyəcək.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında Teleqraf-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ixtisas sayının azalması ilə bağlı müəllimlərin narahat olmasına ehtiyac yoxdur.
“Yeni təsnifatda elə ixtisaslar var ki, onlar üzrə indiyədək heç vaxt qəbul həyata keçirilməyib. Hazırda çalışan müəllimlər isə öz fəaliyyətlərini davam etdirəcəklər”, - agentlik sədri vurğulayıb.